IAI Heron

Heron
Tipi Pilotsuz uçuş aparatı
İstehsalçı İsrail Israel Aerospace Industries
İlk uçuş 1994
Status Aktiv, istehsalı davam edir
İstismarçılar İsrail Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
Türkiyə Hərbi Hava Qüvvələri
Hindistan Hərbi Hava Qüvvələri
Braziliya Federal Polisi
Vahidinin qiyməti 10 milyon ABŞ dolları[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır.

11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir.[2]

  1. "Border Security: Air Team – Final Report" (PDF). Isr.umd.edu. 2012-03-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-18.
  2. "Israel Aerospace Industries Ltd. – Home page". Iai.co.il. 2005-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy